İdman

"Mançester Siti" Qvardiolanın yerinə bu əfsanəni GƏTİRİR

17 Mart 2025 18:37
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispan məşqçi Xosep Qvardiola ilə yolları ayırmağa hazırlaşır. "Siti"nin rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "E-noticies" öz mənbələrinə istinadla xəbər verir.

Bildirilir ki, İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin əfsanəvi keçmiş futbolçusu Sesk Fabreqasın namizədliyi üzərində dayanıb.

Hazırda Fabreqas İtaliyanın "Komo" klubuna rəhbərlik edir.

Qeyd olunur ki, yayda "Mançester Siti" ispan məşqçini cəlb etmək üçün maksimum səviyyədə səy göstərəcək.

Xatırladaq ki, "Mançestr Siti"nin cari mövsümdə keçirdiyi 29 oyunda cəmi 14 qələbəsi var. Komanda bu mövsüm doqquz dəfə məğlub olub və hazırda turnir cədvəlində beşinci pillədədir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.