İdman

Türkiyəli ulduz futbolçu Çempionlar Liqasında tarix yazdı

12 Mart 2025 12:10
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Inter UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Feyenoordu 2:1 hesabı ilə məğlub edərək, ümumi 4:1 hesabı ilə 1/4 finala yüksəlib. Bu matçda türkiyəli milli futbolçu Hakan Çalhanoğlu penaltıdan bir qol vuraraq qələbəyə töhfə verib.

Milli.Az xəbər verir ki, Hakan Çalhanoğlu Çempionlar Liqası tarixində 10-dan çox qol və 10-dan çox məhsuldar ötürmə edən ilk türk futbolçu olub. Bu nailiyyəti ilə o, türk futbolu tarixində bir ilkə imza atıb.

Qeyd edək ki, Inter 1/4 finalda Almaniyanın güclü komandası Bayern Münhen ilə qarşılaşacaq. Inter 2010-cu ildə Bayern Münheni məğlub edərək Çempionlar Liqasını qazanmış və həmin mövsüm üçlü tac əldə etmişdi.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.