İdman

Fatih Terimin komandasında böhran - Maaş ala bilmirlər

4 Mart 2025 11:40
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fatih Terimin baş məşqçisi olduğu Səudiyyə Ərəbistanının "Əl-Şəbab" futbol komandasında böhran yaşanır.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, futbolçuların 3 aydır maaşlarını ala bilmədikləri və bu səbəbdən rəhbərliyə qarşı narazılıq göstərdikləri bildirilib. Bu vəziyyət nəticəsində komandanın idarə heyətində də bir sıra istefalar baş verib.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, futbolçular maaşlarının ödənməməsi səbəbindən rəhbərliyə qarşı şikayət ediblər. Bu, komandanın daxilindəki gərginliyi artırıb. Mətbuatın suallarını cavablandırmayan "Əl-Şəbab"ın prezidenti Mohamad Almunajem-in siyasəti də narazılıqlara səbəb olub.

Almunajem-in rəhbərliyindən məmnun olmayan bəzi idarə heyəti üzvləri istefa ərizəsi veriblər.

Qeyd edək ki, "Əl-Şəbab" hazırda 39 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı sırasındadır və 23 həftədir ki, nəticələrdə geriləyir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.