Ölkə

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi

4 Mart 2025 14:03
Baxış: 3 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat ləğv edilib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat" ləğv edilib.

Qeyd olunub ki, bu qərar Məhkəmə-Hüquq Şurası tərəfindən eyni münasibətləri tənzimləyən normativ xarakterli akt qəbul edildikdən sonra qüvvəyə minir.

Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilib.

Xatırladaq ki, sözügedən təlimat 2011-ci ilin noyabrın 29-da ozamankı ədliyyə naziri Fikrət Məmmədovun qərarı ilə təsdiq edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.