Dünya

Avropanın yenidən silahlandırılması planı: 800 milyard avro...

4 Mart 2025 13:24
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) yenidən silahlandırılması üçün 800 milyard avro məbləğində plan təklif edib. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib. Tədbirin yayımı fon der Leyenin "X" (əvvəlki "Twitter") sosial şəbəkəsindəki səhifəsində təqdim olunub.

"Avropa İttifaqının yenidən silahlandırılması planı təhlükəsiz və dayanıqlı Avropa üçün müdafiə xərclərinə təxminən 800 milyard avro cəlb edə bilər", deyə o vurğulayıb.

Avropa İttifaqının icraedici orqanının rəhbərinin sözlərinə görə, Avropa Komissiyası həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə vasitələrinin və Ukrayna üçün silahların istehsalı məqsədilə 150 milyard avro məbləğində kredit cəlb etməyi planlaşdırır.

Fevral ayının sonunda "Financial Times" qəzeti avropalı rəsmilərə istinadən yazıb ki, Aİ ölkələri Avropanın yenidən silahlandırılması üçün bankın və müdafiənin ümumavropa maliyyələşdirilməsi fondunun yaradılmasını müzakirə edirlər. Bildirilib ki, Yohannesburqda keçirilən G20 iclasında Avropa ölkələrinin maliyyə nazirləri Böyük Britaniyanın da iştirakı ilə silahlanma bankı və ya ümumi fondun yaradılması ideyasını müzakirəyə çıxarıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.