Trampdan Ukraynaya "zərbə": Kiyevi nə gözləyir?
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırmaq qərarı verib. Trampın bu qərarı Ukrayna prezidenti Zelenski ilə Ağ Evdə gərgin keçən görüşdən sonra verilib. Görüş zamanı Tramp Kiyevin ABŞ-nin dəstəyinə kifayət qədər minnətdarlıq göstərmədiyini bildirib. Bu addım Kiyevdə narahatlıq doğurub və bəzi Ukraynalı siyasətçilər bunu Rusiyanın istəklərinə uyğun olaraq Ukraynanı təslim olmağa məcbur etmək cəhdi kimi qiymətləndirirlər. ABŞ hökuməti hələlik bu yardımın nə qədər müddətə dayandırılacağını açıqlamayıb və qərarın tam detalları bəlli deyil.
Trampın qərarının həm Ukrayna, həm də beynəlxalq siyasət üçün genişmiqyaslı nəticələrə səbəb olacağı gözlənilir. ABŞ administrasiyasının bu addımı uzunmüddətli perspektivdə Vaşinqtonun xarici siyasət strategiyasına təsir edə bilər. Hazırda əsas sual isə bu yardımların nə qədər müddətə dayandırılacağı və ABŞ-nin gələcəkdə Ukraynaya dəstəyi tamamilə kəsib-kəsməyəcəyidir.
Trampın Ukrayna ilə bağlı qərarına reaksiyalar
ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımları dayandırmaq qərarı dünya gündəmində böyük rezonans doğurub. Xarici mətbuatda yer alan təhlillərdə bu addımın Ukrayna üçün "iflicedici" təsirə malik olacağı iddia edilir.
ABŞ Dövlət Departamentinin məlumatına görə Vaşinqton 2022-ci ilin fevralından Ukraynaya təxminən 65,9 milyard dollar dəyərində hərbi yardım göstərib. Bu dəstək Ukraynanın cəbhədəki gücünü artırsa da, Avropa İttifaqının ABŞ-nin yardımlarını tam şəkildə əvəzləyə bilməyəcəyi bildirilir. Ekspertlər ABŞ-nin yardımlarının kəsilməsi halında Ukraynanın yalnız bir neçə ay dözə biləcəyini qeyd edirlər.
ABŞ-nin vitse-prezidenti JD Vance "Fox News" kanalına verdiyi açıqlamada Ukraynanın təhlükəsizliyinin ABŞ-nin iqtisadi maraqlarına uyğun gəlməli olduğunu vurğulayıb. O, Ukraynanın təhlükəsizliyinin zəmanət altına alınması üçün ölkənin ABŞ-nin iqtisadi maraqlarına xidmət etməli olduğunu bildirib və "sonsuz maliyyələşdirmənin mümkün olmadığını" qeyd edib.
CNN-in məlumatına görə Trampın bu qərarı döyüş meydanında ciddi nəticələrə səbəb ola bilər və Rusiya Prezidenti Vladimir Putinin mövqeyini gücləndirə bilər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Mark Kançian bu addımın "iflicedici dərəcədə böyük təsirə malik olacağını" bildirib.
"New York Times"a görə qərar Ağ Evdə Tramp və onun yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri arasında keçirilən bir sıra görüşlərdən sonra qəbul edilib. Qərarın ABŞ-ni NATO müttəfiqləri ilə qarşı-qarşıya gətirəcəyinə dair narahatlıqların artdığı bildirilir.
"Axios"un məlumatına görə ABŞ-nin yardımları dayandırması Ukraynanın təkcə hərbi sahədə deyil, həm də digər strateji sahələrdə güvəndiyi dəstəyi itirməsi deməkdir. Ukrayna ordusu ABŞ kəşfiyyatına və Elon Maskın SpaceX şirkətinin Starlink peyk internet sisteminə güvənir.
ABŞ daxilində də bu qərara müxtəlif yanaşmalar var. Trampın tərəfdarları bunun ABŞ vergi ödəyicilərinin maraqlarına uyğun olduğunu və Vaşinqtonun xarici münaqişələrə qeyri-məhdud şəkildə resurs ayırmamalı olduğunu bildirirlər. Digər tərəfdən, Konqresdə və Pentaqonda Trampın qərarını tənqid edənlər var. Onlar hesab edirlər ki, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, bu, yalnız Rusiyanın deyil, həm də Çinin və digər ABŞ rəqiblərinin beynəlxalq arenada güclənməsinə şərait yarada bilər.
Qeyd edək ki, bəzi mənbələrin məlumatına görə Trampın imzaladığı sərəncam əsasən BMT və digər inkişaf proqramlarına aid olduğuna görə Ukrayna əsas hərbi yardımdan təsirlənməyəcək. Belə ki, Ukrayna hələ də ABŞ-dən birbaşa silah və hərbi maliyyə dəstəyi almağa davam edə bilər, çünki Trampın qərarı yalnız müəyyən yardım proqramlarını əhatə edir. Lakin, bu yardımın gələcəkdə tamamilə dayandırılıb-dayandırılmayacağı hələlik qeyri-müəyyəndir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib
XƏBƏR LENTİ
-
Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?
-
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
-
Qarpız və yemişi belə saxlayın - Çoxları bu səhvi edir
-
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma
-
Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Bu məşhur balıq təzyiqi aşağı salmağa kömək edə bilər
-
Keçməyən öskürəyin səbəbi nədir?
-
Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
-
Qızı Tom Kruzun soyadından imtina etdi
-
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
-
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
-
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
-
5 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
İngiltərə millisinin müdafiəçisi "İnter"ə keçməyə razılaşdı
-
Dilan Polat haqqında istintaq başladıldı
-
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - (Yenilənib)
-
Orxan Həbibli dünya çempionatının bürünc medalını qazanıb
-
Milli Qvardiyanın yaradıcısı vəfat etdi
-
Gülben Ergenin “Ahbap” istintaqında ifadəsi ortaya çıxdı
-
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
-
Hörmüzə İran deyil, biz nəzarət edirik - Tramp





