İdman

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

4 Mart 2025 10:49
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında Çempionlar Liqası matçına təyinat alıb.

Milli.Az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq "Numiya" (İtaliya) və "Eczaçıbaşı" (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Şimiç idarə edəcəklər. Qarşılaşmanın "challenge" hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.