Dünya

Gələcəyi inşa edən lider: BƏƏ-nin dayanıqlı inkişaf və qlobal nümunə modeli

3 Dekabr 2025 13:28
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi altında yolunu itirdiyi bir zamanda Birləşmiş Ərəb Əmirlikləri öz dayanıqlı inkişaf modeli, yenilikçi baxışı və sosial harmoniyası ilə seçilir. Bunun arxasında sadəcə iqtisadi resurslar və ya coğrafi imkanlar deyil, dərin liderlik fəlsəfəsi və strateji vizionla hərəkət edən dövlət idarəçiliyi dayanır.

Milli.Az xəbər verir ki, bu vizionun baş memarı isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır - həm təsisçilərin yolunu davam etdirən, həm də o yolu yenidən dizayn edən, modern dünyanın mürəkkəb çağırışlarına uyğunlaşdıran lider.

Şeyx Məhəmməd bin Zayedin ideyaları BƏƏ-ni təkcə iqtisadi gücə çevirməyib, həm də insan yönümlü inkişaf modelinin qlobal nümunəsinə çevirmişdir. Onun sözləri, əslində, ölkənin strateji xəttinin açarıdır:

"İnsan - həm başlanğıc, həm də məqsəddir."

Bu fikir təkcə sosial siyasətin deyil, bütün dövlət idarəçiliyinin bünövrəsinə çevrilib. Bu səbəbdən də BƏƏ-də hər layihə, hər proqram insanın rifahı, təhsili, təhlükəsizliyi və gələcək nəsillərə ötürüləcək dəyərlər üzərində qurulur.
Şeyx Məhəmməd bin Zayed tarixi qucaqlayıb, indiki nəsilləri gələcəyə aparan liderdir

Şeyx Məhəmməd bin Zayedin rəhbərliyində BƏƏ, kökünə sadiqliklə modernlik arasında mükəmməl bir balans yaradaraq unikal dövlət idarəçiliyi modeli formalaşdırıb.

Ənənə və modernliyin sintezi

BƏƏ-nin inkişafı Şərq və Qərb arasında körpü rolunu oynayan bir fəlsəfəyə əsaslanır:kimliyi itirmədən yenilik yaratmaq, dəyərləri qoruyaraq inkişaf etmək və lider, lokomativ ölkə olmaq.

Bu səbəbdən BƏƏ həm texnoloji innovasiyalar sahəsində liderdir, həm də ərəb dilinin, milli mədəniyyətin və ailə institutunun qorunmasını dövlət strategiyasının ayrılmaz hissəsi sayır.

Ailə İli - cəmiyyətin təməli olaraq ailə modelinin gücləndirilməsi

2026-cı ilin Ailə İli elan edilməsi, əslində, BƏƏ-nin inkişaf konsepsiyasının mühüm hissəsidir. Bu qərarın arxasında dərin sosial fəlsəfə dayanır. Sabit ailə - sabit dövlət deməkdir anlayışı hər şeyin fövqündədir.

Təhsildə dünya liderliyi

BƏƏ tədris sistemində islahatları yalnız müasir texnologiyalara keçid kimi görmür. Bu islahatlar yaradıcı düşünən, beynəlxalq rəqabətə hazır, eyni zamanda öz kimliyinə bağlı bir nəsil yetişdirməyi qarşıya məqsəd qoyur.

İqtisadiyyat: Neftdən kənara çıxan güclü, innovativ model

BƏƏ dünyanın neftdən asılı olmayan ən diversifikasiya olunmuş iqtisadi modellərindən birini qurub.
Bu gün: kosmik sənaye inkişaf edir (Hope Mars Mission, lunar proqramlar),süni intellekt üzrə xüsusi nazirlik fəaliyyət göstərir. Eləcə də,qlobal logistika və ticarət mərkəzi kimi rol güclənir, bərpa olunan enerji layihələri ilə dünya enerji xəritəsini dəyişir. Bu, təkcə iqtisadi güc deyil, eyni zamanda Şeyx Məhəmməd bin Zayedin strateji uzaqgörənliyin nəticəsidir.

Dayanıqlı inkişaf və qlobal məsuliyyət

BƏƏ-nin iqlim neytrallığı hədəfi, yaşıl enerji təşəbbüsləri və COP28 kimi beynəlxalq tədbirlərin ev sahibliyi, ölkəni dayanıqlı inkişaf üzrə qlobal liderlərdən birinə çevirib.

Şeyx Məhəmməd bin Zayedin hər zaman qeyd edib ki, "Gələcək nəsillərin hüququ bu günün qərarlarından başlayır."Bu baxış BƏƏ modelini yalnız regional deyil, qlobal səviyyədə nümunəyə çevirir.

Xarici siyasət: Sabitlik və dialoq üzərində qurulan güc balansı

BƏƏ-nin xarici siyasəti emosional reaksiyalara deyil, məsuliyyət və strategiyaya əsaslanır.
Bu siyasət üç dayağa söykənir:Sülhün təşviqi, regional sabitliyin qorunması və Diyalog və diplomatiyanın üstünlüyü. Bu yanaşma BƏƏ-ni bölgədə gərginlik yaradan deyil, gərginlik azaldan ölkə kimi tanıdır.

"BƏƏ - onu öz vətəni sayan hər kəsi qəbul edir"-Bu cümlə Prezidentin nitqinin ən güclü məqamlarından biri idi.
O, BƏƏ-ni açıq,inklüziv, qonaqpərvər, çoxmillətli bir cəmiyyətin nümunəsi kimi təsvir edir. Bu gün milyonlarla insan üçün BƏƏ sadəcə çalışmaq məkanı deyil, eyni zamanda ikinci vətəndir.

BƏƏ modeli - XXI əsrin inkişaf konsepsiyası

Şeyx Məhəmməd bin Zayedin çıxışı sadəcə bayram nitqi deyildi. Bu nitq: strateji vizionun manifesti, dövlət idarəçiliyi fəlsəfəsinin aydın təsviri, gələcək tədqiqatlar üçün konseptual sənəd və ən əsası, BƏƏ-nin dünyaya bir mesajı idi. Bu mesaj isə bu idi : "Biz gələcəyi gözləmirik - biz onu öz əllərimizlə inşa edirik." Bu gün BƏƏ bütün yalnız region üçün deyil, bütün dünya üçün inkişaf modelidir -
dəyərləri qorumadan modernləşməyin, insanı unutmadan güclənməyin mümkün olduğunu sübut edən nadir nümunə.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.