Cəmiyyət

Qərbi Kaspi Universitetində Beynəlxalq Simpozium keçirilib - FOTO

3 Dekabr 2025 14:22
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Kaspi Universiteti 3 dekabr 2025-ci il tarixində "Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri" mövzusunda beynəlxalq simpoziuma ev sahibliyi edib.

Milli.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri,professor Hüseyn Bağırov beynəlxalq simpozium barədə qonaqlara məlumat verib.

H.Bağırov qeyd edib ki, tədbirin əsas məqsədi dünya üzrə akademik və sənaye mütəxəssislərini bir araya gətirərək, kompüter elmlərində müasir tədqiqat metodologiyaları, süni intellekt sahəsində son yeniliklər və sənaye-akademiya əməkdaşlığının inkişaf edən modellərini müzakirə etməkdir.

Daha sonra Qərbi Kaspi Universitetin professoru, Universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzinin aparıcı tədqiqatçısı, Türkiyə Milli Müdafiə Universitetinin professoru və University College Londonda (UCL) Fəxri Senior Tədqiqatçısı (Honorary Senior Research Fellow) kimi fəaliyyət göstərən Dr. Muhammet Deveciyə, dünyanın iki nüfuzlu ali təhsil müəssisəsində fəaliyyət göstərən tanınmış alim, Pakistanın Okara Universitetində professor, eləcə də Qərbi Kaspi Universitetinin Mexanika və Riyaziyyat şöbəsində professor və universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərən Prof. Dr. Umair Shahzada, eyni zamanda "Dünyanın Top 2% Alimləri" siyahısında yer alan, Qərbi Kaspi Universitetinin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzinin aparıcı tədqiqatçısı olan, universitetdə "Artificial Intelligence" dərsini tədris edən, habelə "Journal of Nanotechnology and Innovative Materials" jurnalının Əlaqədar Redaktoru kimi fəaliyyət göstərən Dr. Baseem Khana sertifikatlar təqdim olunub.

Dr. Muhammet Deveci, Prof. Dr. Umair Shahzad və Dr. Baseem Khanın xüsusi çıxışları ilə tədbir davam edib. 

Tədbir çərçivəsində IT və süni intellekt sahəsində ən aktual mövzular müzakirə olunub, yeni texnoloji trendlər, innovativ tədqiqat yanaşmaları və akademiya-sənaye əməkdaşlığının inkişaf istiqamətləri dəyərləndirilib. Bununla yanaşı, elmi təqdimatlar, təcrübə mübadiləsi sessiyaları və qlobal tədqiqat meyllərinə dair açıq diskussiyalar da təşkil edilib.

Simpoziumda universitetlə əməkdaşlıq edən professorlar, tanınmış alimlər və tədqiqatçılar, həmçinin bu sahədə elmi platformada aktiv iştirak edən mütəxəssilər, beynəlxalq tədqiqat mərkəzlərinin aparıcı nümayəndələri və müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak ediblər.

Simpozium ərəfəsində universitetdə üç yeni laboratoriya - Deeptech süni intellekt tədqiqat və hesablama laboratoriyası, Data analitika və şəbəkələşmə laboratoriyası, eləcə də Kompüter mühəndisliyi laboratoriyası istifadəyə verdidiyi  və bu addım tədqiqat infrastrukturunun daha da gücləndirilməsinə mühüm töhfə olduğu qonaqların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Qərbi Kaspi Universiteti bu simpozium vasitəsilə beynəlxalq elmi əlaqələri gücləndirməyi, tədqiqat ekosistemini genişləndirməyi və ölkədə yüksək texnologiyalar sahəsində innovativ düşüncəni təşviq etməyi hədəfləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.