4 dəqiqəyə dolur, 500 km gedir - Avtomobil sənayesində yeni era: "Toklu" maşınların "bazarı öləcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya batareya ilə işləyən elektrik avtomobillərini qəbul etdiyi və Çin avtomobillərinin bazarda üstünlük etdiyi bir vaxtda "BMW" "Toyota" ilə birləşərək fərqli yol tutur: axına qarşı gedir və istədiyini edir.
Milli.Az unionrayo-ya istinadla xəbər verir ki, BMW 2028-ci ildə hidrogen avtomobili təqdim edəcəyini təsdiqləyib, amma bunu təkbaşına etməyəcək. Onlar "Toyota" ilə əməkdaşılıq edirlər.
Toyota və BMW uzun illərdir avtomobil sektorunda güclü rəqabətə qarşı əməkdaşlıq edirlər. İndi isə bu birləşmə onların rəqibləri üçün ciddi təhlükə ola bilər. BMW bu dəfə tamamilə orijinal məhsul təqdim etmək niyyətindədir, yəni sadəcə Toyota modelini yenidən dizayn edib satmaq fikrində deyil.
BMW hələlik detalları gizli saxlayır. Əldə edilən məlumatlara görə planlaşdırılan avtomobil artıq mövcud olan modelin modifikasiya edilmiş versiyasıdır. Bu BMW iX5-dir.

Sıfır emissiyalı bu SUV artıq real testlərdən keçir. Spartanburq zavodunda 100-dən az sayda istehsal edilərək Münhendə modifikasiya olunmuş iX5 Hydrogen modeli iki ədəd 700 bar təzyiqə malik hidrogen çəni ilə təchiz olunub. Bu çənlər 6 kq hidrogen saxlaya bilir və avtomobilə WLTP dövrünə görə 500 km yürüş məsafəsi qazandırır. Və budur ən maraqlı hissə: yanacaq doldurma prosesi cəmi 3-4 dəqiqə çəkir. Yəni dizel avtomobili doldurmaq qədər tez başa gəlir, amma əlinizə yanacaq qoxusu hopmur!
BMW ilk dəfə öz hidrogen avtomobilini hazırlayır və bütün göstəricilər onun yeni nəsil X5 modelinə əsaslanacağını göstərir. Benzin, dizel və plug-in hibrid versiyaları kimi, bu model də CLAR platformasında qurulacaq. Çünki bu platforma müxtəlif növ güc ötürmələri üçün çevik arxitektura təmin edir.
BMW daha əvvəl də hidrogen texnologiyasını sınaqdan keçirmişdi. 1979-cu ildə hidrogen yanacağına uyğunlaşdırılmış daxili yanma mühərrikli 520h modelini təqdim etmişdi. Daha sonra 2000-ci illərdə E38 və E65 modellərində hidrogenlə işləyən V12 mühərrikindən istifadə etmişdi (nəticə uğurlu olmamışdı - red). İndi isə yanacaq elementləri sayəsində effektivlik xeyli artıb və BMW hesab edir ki, artıq doğru zaman yetişib.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
XƏBƏR LENTİ
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq





