İqtisadiyyat

İrandan Naxçıvana qaz nəqli dayandırılır?

4 Mart 2025 12:55
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi baş tutacaq. Bu boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr təbii qaz ötürmək qabiliyyətinə malikdir. Kəmərin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatının tamamilə ödənilməsinə imkan yaradacaq.

Qeyd edək ki, hazırda Naxçıvana qaz nəqli İran vasitəsilə həyata keçirilir.

Ekspertlərin sözlərinə görə, Naxçıvana İran üzərindən qazın nəql olunması digər ölkələr arasındakı "mavi yanacaq" mübadilələri ilə müqayisədə bir neçə dəfə bahadır. Diqqətçəkən digər bir məqam isə odur ki, Azərbaycanla İran arasındakı sözügedən proseslə bağlı müqavilənin müddəti 2025-ci ildə bitir. Maraqlıdır, qeyd olunan amillərin fonunda İğdır‒Naxçıvan kəmərinin İran vasitəsilə qaz nəqlinə hansı təsiri ola bilər? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:

"İran müəyyən qədər xidmət haqqını dünyada qəbul etmiş haqlardan daha yüksək səviyyədə tuturdu. Azərbaycandan 15 faiz həcmində natural qaydada qaz alırdı. Halbuki bu tip dəyişmələrdə dünyanın əksər ölkələrdən max 5 və 7 faiz dəyişirdi. Təbii ki, bu Azərbaycan üçün əlavə sərfiyyat idi. Bu qaz kəməri isə birbaşa asılığı azaltmış olacaq". 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.