Ölkə

Moskvada Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi olub

4 Mart 2025 14:31
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Trend xəbər verir ki, xatirə lövhəsində deyilir: "Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq".

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralının tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyi və başqaları iştirak ediblər.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur Magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.