Maraqlı

Namaz qılmayanlar oruc tuta bilərmi?

4 Mart 2025 15:00
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının başlaması ilə birlikdə cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də "Namaz qılmırsan, oruc tutursan" düşüncəsidir.

Milli.Az xəbər verir ki, bu mövzuda ilahiyyatçılar namaz və orucun müstəqil ibadətlər olduğunu bildirərək, namaz qılmayanların və hicab taxmayanların da oruc tutmasının mümkünsüz olmadığını vurğulayırlar. İlahiyyatçılar bu yanaşmanın cahil bir düşüncə olduğunu qeyd edirlər. 

Bu fikrin Quranda da təsdiqləndiyi qeyd edilir. Bəqərə surəsinin 185-ci ayəsində Ramazan ayının oruc tutmağın vacib olduğu bildirilir:

"Ramazan ayı oruc tutmağınız vacib olan aydır. Quran ilk dəfə bu ayda nazil olub ki, bəşəriyyəti doğru yola yönəltsin və açıq-aydın hidayət dəlillərini və Furqanı, haqqı batildən ayırmağın məsum ölçüsünü izah etsin. Odur ki, sizlərdən kim o aya sağ-salamat çatarsa, oruc tutsun. Kim xəstədirsə və ya səfərdə olarsa, Allah bu günlərin sayını tutmuşdur. Sizin xeyirinizə və sizə olan mərhəmətinə görə, Allah sizin üçün asanlıq istər, çətinliyi də istəməz. Ona görə də başqa günlərdə tutacağınız orucun qəzasını tutmağınızı və ya fidyə vermənizi asanlaşdırır ki, Onu sizə öyrətdiyi tərzdə təsbih edəsiniz və bütün bu nemətlərə görə şükür edəsiniz" .

Beləliklə, ilahiyyatçılar namaz və orucun ayrı-ayrı ibadətlər olduğunu və hər birinin öz müstəqil yerinə yetirilməsi lazım olduğunu bildirirlər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.