İdman

Benzema buna görə “Real”dan gedib

4 Mart 2025 17:47
Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema 2023-cü ilin yayında "Real"dan ayrılmaq qərarının səbəbini açıqlayıb.

Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçu yerini gənc futbolçulara verməyə hazır olduğunu bildirib.

"Real"dan ayrılmaq qərarına gələndə ilk zəng etdiyim şəxs Florentino Peres oldu. O, məni tam başa düşmədi... Ona gənc ulduzlar Vinisius və Rodriqonun hazır olduğunu dedim".

Benzema "Real"a qarşı oynamaq istəmədiyi üçün Səudiyyə Ərəbistanına gedib.

"Səudiyyə Ərəbistanına getmək qərarım həm də ona görə idi ki, "Real"ı zirvədə tərk etmək istəyirdim. Və həyatımda heç vaxt "Real"a qarşı oynamaq istəməzdim", - Benzema vurğulayıb.

Benzema "Real"ın heyətində 647 oyunda 353 qol vurub və 165 məhsuldar ötürmə edib. Fransız futbolçu 5 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 İspaniya çempionluğu, 4 UEFA Super Kuboku, 3 İspaniya Kuboku və 3 İspaniya Super Kuboku qazanıb. 2022-ci ilin sonunda Kərim "Qızıl top"u alıb.  /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.