Dünya

Serbiya parlamentində deputatlar arasında DAVA - Fişənglər yandırıldı və spikerə su atdılar - VİDEO

4 Mart 2025 16:06
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiya parlamentində iğtişaşlar baş verib. 

Milli.Az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir ki, insident yeni qanunların müzakirə olunduğu iclas zamanı baş verib.

Müxalif deputatlar bildiriblər ki, ölkədə kütləvi etirazlar davam etdiyi müddətcə debatlar aparmaq mümkün deyil.

Deputatlar yaz sessiyasının ilk iclasında təxminən 50 bənddən ibarət gündəliyi qəbul ediblər.

Bunlardan başlıcası Novi-Sad şəhərində dəmir yolu vağzalının çökməsi nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etiraz aksiyaları səbəbindən təhsil qanununa düzəlişlər olub.

Gündəliyin təsdiqlənməsindən sonra müxalifətçi "Yaşıl-Sol Cəbhə"nin deputatı Radomir Lazoviç ölkə rəhbərliyinə qarşı qışqıraraq Rəyasət Heyətinə doğru hərəkət edib, onun ardınca partiya yoldaşları da qalxıb, zalın mərkəzində təhlükəsizlik xidməti əməkdaşları və digərləri arasında qarşıdurma baş verib.

Zala, həmçinin, tüstü bombaları da atılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.