Siyasət

Zelenskidən Ağ Ev ilə bağlı AÇIQLAMA

4 Mart 2025 16:37
Baxış: 805

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Venslə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin bu barədə müzakirə etmək niyyətində olmadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bu fikirlərini Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan jurnalistlərlə söhbətində bildirib. Zelenski baş verən hadisələri müzakirə etməmək qərarını alaraq bunun yerinə daha vacib məsələlərə diqqət yetirməyin tərəfdarı olduğunu vurğulayıb.

"Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq," ‒ deyə Ukrayna lideri qeyd edib.

Zelenski insidentin mahiyyətini başa düşdüyünü, lakin təfərrüatları özündə saxlamağa üstünlük verdiyini də vurğulayıb. O, həmçinin müttəfiqlərindən, o cümlədən amerikalılardan konstruktiv dialoqu davam etdirəcəklərini gözlədiyini bildirərək, onları kimin təcavüzkar olduğunu xatırlamağa çağırıb.

Asya

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.