İdman

Hakimi təhqir edən millinin keçmiş üzvünə ağır CƏZA - FOTO

4 Mart 2025 15:43
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

II Liqa təmsilçisi "Hypers Guba"da çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov dörd oyunluq cəzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

33 yaşlı hücumçu XIV turda "Şəmkir"lə oyunun 39-cu dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Quba təmsilçisi forvardın bu hərəkətinə görə 300 manat ziyana düşüb.

Bölgə təmsilçisinin digər üzvü Sənan Aslanov isə təcavüzkar davranışa görə 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə aldığından, Qurbanov kimi dörd matç komandasına kömək edə bilməyəcək. II Liqa klubu bu oyunçuya görə də 300 manat ödəməli olacaq.

Bundan əlavə, "Hypers Guba" azarkeşləri sözügedən qarşılaşmada pirotexniki vasitələrdən də istifadə ediblər. Klub fanatların hərəkətinə görə 150 manat cərimələnib. "Şəmkir"in futbolçuları qalib gəldikləri görüşdən sonra rəqib tərəfdarları qıcıqlandıran hərəkətlər etdikləri üçün kluba xəbərdarlıq olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.