Türkiyə Super Liqasında XXVI tura start verilib.
Milli.Az xəbər verir ki, bu gün iki matç keçirilib.
"Beşiktaş" "Kayserispor"u qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. İlk hissənin sonlarında Joao Mario hesabı açıb.
İkinci yarıda "Qara qartal" daha bir qol vurub. Semih Kılıçsoy penaltini dəqiq yerinə yetirib - 2:0.
Türkiyə Super Liqası
XXVI tur
"Beşiktaş" - "Kayserispor" 2:0
"Adana Demirspor" - "Bodrum" 0:0
Milli.Az