İdman

Batut Gimnastikası və Tambling üzrə Dünya Kubokunun final mərhələsi start götürüb - FOTOlar

23 Fevral 2025 14:55
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tambling üzrə Dünya Kubokunun final mərhələsinə start verilib.

Trend xəbər verir ki, yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparırlar.

Batut gimnastikası üzrə yarışda Azərbaycanı milli komandamızın üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və "Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi"nin I yeri Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək. Yarışda ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək.

Tamblinq üzrə yarışda isə komanda hesabında Dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında I yer qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov təmsil edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.