İdman

İki gimnastımız Dünya Kubokunun finalına vəsiqə qazandı

22 Fevral 2025 17:38
Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Milli.Az  xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.

Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.