İdman

"Mançester Siti" Qvardiolanın yerinə məşqçi tapdı - onu GƏTİRƏCƏK

22 Fevral 2025 15:48
Baxış: 3 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" Çempionlar Liqasının 1/16 finalında "Real" tərəfindən kənarlaşdırıldıqdan və Premyer Liqada uğursuz nəticələr əldə etdikdən sonra klubun rəhbərliyi baş məşqçi Xose Qvardiolaya əvəzləyici tapmaq barədə ciddi fikirləşib.

Milli.Az  xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Nəşr qeyd edib ki, klubda müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Xosenin yerinə "Bayer"in baş məşqçisi Xabi Alonso ən uyğun variant hesab olunur. Şəhər rəhbərliyi Alonsonun oyun tərzini bəyənir. Bildirilir ki, "Siti"dən başqa həmçinin "Real" da Alonsonun baş məşqçiliyə namizədliyini düşünür.

Xatırlayaq ki, ötən il Xabi Alonso "Bayer"lə Bundesliqa və Almaniya kubokunu qazanıb, eyni zamanda komandanı "Atalanta"ya uduzduğu Avropa Liqasının finalına çıxarıb. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.