Siyasət

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

1 Aprel 2025 13:15
Baxış: 227

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.
Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.

Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.