İdman

İtaliya nəhəngi Gürcüstanda yeni "Kvaratsxeliya" tapdı: 15 yaşı var

1 Aprel 2025 10:22
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kolxeti"nin yarımmüdafiəçisi Andria Bartişvili karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, 15 yaşlı gürcü ilə "Yuventus" maraqlanır. Turin klubu Bartişvilini yeni Xviça Kvaratsxeliya kimi görür. Onun potnesialı PSJ-də çıxış edən Gürcüstan futbolunun və millisinin lideri ilə müqayisə olunur.

Bartişvili 2025-ci ilin yanvarından "Kolxeti"nin ikinci komandasında çıxış edir. O, həmçinin Gürcüstanın U-17 yığmasının heyətində 4 oyunda 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.