Siyasət

Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

1 Aprel 2025 13:17
Baxış: 263

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.