Maraqlı

Dünyada ilk yaşandı - Qadının üzərində test edildi

1 Aprel 2025 11:10
Baxış: 2 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyindəki siqnalları səsə çevirən süni intellekt modeli ilə işləyən cihaz sınaqdan keçirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-də tədqiqatçılar beyindəki siqnalları səsə çevirən süni intellekt modeli ilə işləyən cihazı 18 il əvvəl iflic keçirdikdən sonra danışma qabiliyyətini itirən 47 yaşlı qadının beyninə yerləşdirib.

Araşdırma hələ sınaq mərhələsində olsa da, mütəxəssislər gələcəkdə cihazın danışa bilməyən insanlara kömək edə biləcəyini düşünürlər. Tədqiqatın detalları "Nature Neuroscience" jurnalında dərc edilib.

Alimlər cihazın birbaşa beynin nitq mərkəzinə yerləşdirildiyini və bu bölgədən gələn siqnalları davamlı olaraq analiz etdiyini bildiriblər. Tədqiqatçılar xəstə müəyyən cümlələri xəyal etdikdə, onun beynindəki siqnalları elektrodlar vasitəsilə qeydə alaraq, iflic keçirməzdən əvvəlki səs yazılarından istifadə edərək düşüncələri real vaxt rejimində səsləndiriblər.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.