“4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
3 apreldən bütün kinotaetrlarda yayımlanacaq "4 TƏKƏR" filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu.
Təqdimatda millət vəkili, kinoşunaslar, rəsmi nümayəndələr, media və məhşur simalar iştrak etdi. Filmin təqdimatında izdiham yaşandı. Təqdimatın olacağından xəbər tutan bir çox sakinlər axın etdilər. Açılış zamanı filmin yaradıcı və aktyor heyyəti ilə tanış olduqdan sonra filmi izlədilər. Kinoteatrın iki zalıda dolduğundan, izləyicilərin bir qismi filmi ayaq üstə izlədilər. Filmin nümayişi zamanı "1 aprel gülüş" günündə izləyicilər doyunca güldür. Komediya janırında olan bu filmin həm həyacanlı, həm dramatik səhnələri olduğundan izləyicilərin marağına səbəb olub. Qonaqlar filmi izlədikdən sonra film haqqında müsbət fikirlərini bildirdilər.
Filmin quruluşçu rejissoru və baş prodüseri Amil Ali, ssenari müəllifləri Məcid Hüseyinov və Tərlan Nur Yaşar, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elnarə Səfəroğlu, montaj rejissoru Firdovsi A. Nəbiyev, bəstəkarı isə Behzad Məlikzadə, icraçı pradüserlər Fəqan Bayramov və Sərxan Mustafayev, səs rejissoru Toğrul Səfərovdur. Onlar birgə çalışaraq, tamaşaçılara vizual və musiqi baxımından zəngin bir təcrübə təqdim ediblər.
Film heyətində Məcid Hüseyinov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və bir çox digər tanınmış aktyorlar rol alır. Hər biri, öz unikal obrazları ilə filmin atmosferini daha da zənginləşdirir və tamaşaçılara unudulmaz anlar yaşadır.
Sinopsis: Filmin əsas qəhrəmanı Xəqani, sevdiyi qız Nüşabənin ailəsinə məxsus olan qiymətli və klassik avtomobili təmir etmək üçün avtomobil servisinə aparır. Bu maşının, Nüşabənin atası Səlim üçün xüsusi və emosional bir dəyəri vardır, çünki bu, onun keçmişinin bir parçasıdır. Xəqani, Nüşabənin atası ilə əlaqələrinin gərgin olduğunu bildiyi üçün, Nüşabə avtomobili təmir etdirmək üçün ona pul yığıb verir və sürpriz etmək istəyir. Lakin, Xəqani bu fürsəti çox dəyərli sayır və hər şeyi səhv başa düşərək, bu maşını bir qumar oyununda uduzur.
Xəqaninin dostları, onun bu səhvini düzəltmək və avtomobili geri qaytarmaq üçün əl birləşdirirlər. Lakin qarşılarında çox sərt və hiyləgər bir adam dayanır: qumarxana sahibi Şahmar. Bu, onların qarşılaşdığı ilk böyük maneə olur. Lakin dörd dost, Xəqaniyə olan borcu tapmaq və onu geri qaytarmaq üçün əllərindən gələni edəcəklər. Bu yolda onlar bir çox çətin anlarla üzləşir, müxtəlif macəralara atılır və hər biri özünü sınayır. Çünki qarşılarında yalnız Şahmarın sərtliyi deyil, həm də öz daxili qorxuları və çətinlikləri ilə üzləşmələri lazım gələcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
XƏBƏR LENTİ
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir?
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib





