Kanada mətbuatı Avropa Parlamentini Azərbaycana qarşı ikili standartlara görə qınayıb - FOTO
Avropa Parlamenti Azərbaycanın daxili hüquqi məsələlərinə qarışmağa cəhd etməzdən əvvəl öz köklü korrupsiya problemlərinin həllinə və ona münasibətdə zədələnmiş ictimai etimadın bərpasına diqqət yetirməlidir. Avropa Parlamentinin üzvləri eqoist siyasi oyunlar və ya maliyyə maraqlarını deyil, əsl həqiqət, ədalət və sülh arzusunu rəhbər tutmalıdırlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist, siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar "THEJ.CA" nəşrində dərc olunmuş məqaləsində yazıb.
Bildirilib ki, "Azərbaycanın ədalət hüququ: Avropa Parlamentinin erməni məhbuslarla bağlı ikili standartları" başlıqlı məqalədə Azərbaycanın erməni məhbuslarını törətdikləri hərbi cinayətlərə görə mühakimə etdiyi bir vaxtda Avropa Parlamenti özünün korrupsiya qalmaqallarına və qərəzli müdaxilələrinə məhəl qoymadığı qeyd olunub. Əksinə, adıçəkilən qurumun Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının həbsdə saxlanması ilə bağlı absurd müzakirələrə rəvac verdiyi yazılıb. Belə ki Avropa Parlamentindəki erməni lobbisi əndazəsiz şəkildə təhrif olunmuş versiyanı irəli sürərək bu məhbusları günahsız qurbanlar kimi qələmə verir. Halbuki bu şəxslər Azərbaycanda işgəncə, muzdlu fəaliyyət, hərbi cinayətlər, terrorizm əməlləri və terrorizmin maliyyələşdirilməsi - Azərbaycan cinayət məcəlləsinin əhatə etdiyi cinayətlər də daxil olmaqla ağır cinayət ittihamları ilə təqsirləndirilirlər.
Müəllif Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" başlıqlı qətnaməni ölkəmizin Qərb ictimaiyyətində reputasiyasını zədələmək niyyəti daşıyan kampaniyanın tərkib hissəsi saymaqla əsassız, qeyri-obyektiv və qərəzli sənəd kimi səciyyələndirib. Keçmiş təcrübəyə istinad edərək Avropa Parlamentinin Azərbaycana qarşı düşmən mövqeyindən təəccüblənmədiyini vurğulayan politoloq sözügedən addımı erməni maraqlarının Avropa təsisatları hesabına təmin edilməsinin növbəti nümunəsi kimi dəyərləndirib. O, oxşar tendensiyaların Avropa Şurası Parlament Assambleyası və Avropa İnsan Haqları Məhkəməsi də daxil olmaqla digər Avropa təsisatlarında da müşahidə olunduğuna diqqət çəkib.
Eyni zamanda diqqətə çatdırılıb ki, davam edən bu qərəzlilik Azərbaycanın mübarizə aparmalı olduğu ikili standartlardan yalnız biridir. Halbuki Azərbaycan hökuməti həm milli, həm də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini dəfələrlə vurğulayıb. Yazıda bildirilib ki, ağır cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda davam edən məhkəmə prosesi ölkəmizin daxili hüquqi məsələsidir və burada hər hansı kənar müdaxilə əsassız olmaqla qəbuledilməzdir.
İsrailin də vaxtaşırı Avropa Parlamentinin ədalətsiz davranışına tuş gəldiyinə diqqət çəkilən məqalədə qeyd olunub ki, Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycana qarşı mənfur davranışları gələcək nəsillər qarşısında bu qurumun nüfuzuna kölgə salır. Hüquqa dayanan ədalətli yanaşma budur ki, Azərbaycan onun ərazisində cinayət törətmiş şəxsləri mühakimə etmək kimi suveren hüquqa sahibdir və Avropa xalqları Cənubi Qafqazda baş verənlərlə bağlı həqiqəti bilməyə layiqdirlər.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://thej.ca/2025/03/20/azerbaijans-right-to-justice-european-parliaments-double-standards-on-armenian-detainees/
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm
-
Azərbaycanın səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib - (Foto)
-
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
-
Azərbaycanla Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
-
Azərbaycanda xarici onlayn xidmətlərə vergi tələbi qüvvəyə mindi
-
Gədəbəydə ağır qəza: Niva yoldan çıxaraq aşıb
-
Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
-
Makaronun yapışmaması üçün sadə üsul
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov
-
Anxel Di Mariya buna görə karyerasını bitirmək istəyir
-
Fənərbaxça”dan Taliska açıqlaması
-
İsmayıllıda göldə bacı-qardaş batıb
-
8 il sonra eyni serialda çəkiləcəklər
-
"Şəfa" "Qəbələ"yə qalib gəldi





