İdman

Riçard Almeyda bu kluba keçdi

15 Fevral 2025 07:56
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

Milli.Az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb. O, "Primavera"ya keçib. Komanda hazırda A2 Liqasında mübarizə aparır.

2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə "Qarabağ"ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.