İdman

Ronaldu ötən ilin ən çox qazanan idmançısı oldu

14 Fevral 2025 06:47
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ildə dünyanın ən çox qazanan idmançıları bəlli olub.

Milli.Az xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir.

40 yaşlı hücumçu ötən il 260 milyon dollar qazanıb. İkinci pillədə NBA təmsilçisi "Qolden Steyt Uorriors"un basketbolçusu Stiven Körri (153,8 milyon dollar) qərarlaşıb. İlk "üçlüy"ü isə britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) tamamlayıb.

2024-cü ildə ən çox qazanan idmançılar:

1. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 260 milyon dollar

2. Stiven Körri (ABŞ, basketbol) - 153,8 milyon dollar

3. Tayson Fyuri (Böyük Britaniya, boks) - 147 milyon dollar

4. Lionel Messi (Argentina, futbol) - 135 milyon dollar

5. Lebron Ceyms (ABŞ, basketbol) - 133,2 milyon dollar

6. Neymar (Braziliya, futbol) - 133 milyon dollar

7. Oleksandr Usik (Ukrayna, boks) - 122 milyon dollar

8. Kərim Benzema (Fransa, futbol) - 116 milyon dollar

9. Kilian Mbappe (Fransa, futbol) - 110 milyon dollar

10. Con Rahm (İspaniya, qolf) - 105,8 milyon dollar. ("Unikal" )

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.