İdman

"Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarıldı - FOTO

11 Fevral 2025 19:25
Baxış: 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Klubdan Milli.Az-a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.

Bletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

"Neftçi Arena"nın kassalarında isə "Forza" və "Qərb 2" sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.