İdman

"Barselona"nın ulduzu İstanbul nəhənginə transfer olunur - FOTO

8 Fevral 2025 18:07
Baxış: 6 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Beşiktaş" və "Fənərbağça" 22 yaşlı vingerlə maraqlanır. Hətta "ağ-qaralar"ın bu transferdə israrlı olduğu bildirilib.

Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də başa çatacaq. İspaniyalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.  "Report"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.