Kriştianu Ronaldu "Ən-Nəsr"dəki müqaviləsini uzadacaq.
Milli.Az xəbər verir ki, beşqat "Qızıl top" mükafatçısı və portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubu ilə müqaviləsini uzatmağa qərar verib.
Ronaldunun yeni müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq. Hazırda futbolçunun "Ən-Nəsr"lə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
39 yaşlı Ronaldu 2023-cü ildən "Ən-Nəsr" klubunda çıxış edir. Bu mövsüm o, klub üçün 20 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə ilə diqqət çəkib.
Ulduz futbolçunun qərarı klub azarkeşləri və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.
Milli.Az