İdman

Ramal Aslanov hər iki vəzifəsindən azad olundu

6 Yanvar 2025 17:55
Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.