İdman

Üzücü xəbər: 28 yaşlı idmançı qəflətən vəfat etdi - FOTO

13 Oktyabr 2024 22:29
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı qaçışçı, Avropa çempionatı və Brilyant Liqasının iştirakçısı Robbi Fitzgibbon 28 yaşında qəflətən dünyasını dəyişib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Fitzgibbon orta məsafələr üzrə ixtisaslaşıb. Yeniyetmə və gənclərin yarışlarında uğurla çıxış edib. 2019-cu ildə qapalı məkanda keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçışda finala yüksələrək səkkizinci yeri tutub. Lakin tezliklə ayaq biləyindən zədə alıb və əməliyyat olunub, bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyib.

O, psixi sağlamlıq üçün xeyriyyə fondu yaradaraq 2025-ci ildə Brighton Marafonunu keçirməyi planlaşdırırdı.

O, daha əvvəl 2022-ci ildə ona psixoz diaqnozu qoyulduğunu açıqlamışdı.

İdmançının ölüm səbəbi məlum deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.