İdman

Aquero “Barselona”nı məhkəməyə verdi

9 Oktyabr 2024 00:41
Baxış: 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq futbolçusu Serxio Aquero keçmiş klubunu məhkəməyə verib. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Argentina millisinin sabiq futbolçusu Kataloniya klubundan 3 milyon avro məbləğində maaşını tələb edir. "Barselona" Aqueroya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib. Lakin sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində problem olduğunu bildirərək ona pul köçürməkdən imtina edib. 

Qeyd edək ki, Serxio Aquero "Barselona"ya 2021-ci ilin yayında keçmişdi. O, ürək probleminə görə həmin ilin dekabr ayında karyerasını bitirməli olub. S. Aquero Kataloniya klubunun heyətində 5 oyuna çıxıb və 1 qol vurub. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.