İdman

"Bizi yer üzündən silmək istəyirlər”

22 Sentyabr 2024 19:43
Baxış: 988
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının bir sıra klublarının "şəhərlilər"ın liqanın maliyyə qaydalarını mümkün pozduğuna görə cəzalandırılmasını istəməsi ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib: "Deyəsən, bizim təkcə Premyer Liqadan qovulmağımızı gözləmirlər, onlar bizim yer üzündən silinməyimizi istəyirlər. Qeyd etmək istərdim ki, rəqiblərimizdən qat-qat uğurlu günlər keçirmişik, buna görə də bu qədər çox qalib gəlirik".

Qeyd edək ki, "Mançester Siti" 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. "Mançester Siti"nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir. Əgər bu təsdiqlənərsə, komandanın 100-ə yaxın xalı silinə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.