İdman

Türkiyədə idmançı evində ölü tapıldı

30 Avqust 2024 10:50
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nilüfer" voleybol klubunun üzvü Pilar Mari Viktoriya Lopez Türkiyədə yaşadığı mənzildə ölü tapılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pilar klubunun səhər məşqində iştirak etməyib. Voleybolçu ilə əlaqə saxlamaq mümkün olmayanda klub rəhbərliyi onun axtarışı üçün yaşadığı ünvana texniki heyət göndərib. Nəticədə idmançının həyat əlaməti olmayan cəsədi çarpayısında aşkar edilib.

28 yaşlı puerto-rikolu voleybolçunun ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Bunu məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.