İdman

"Qalatasaray"da baş verən qalmaqalın səbəbi bəlli oldu

29 Avqust 2024 15:23
Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanq Boyz"a məğlub olduqdan sonra Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilməyən, "Qalatasaray"da vəziyyət gərginləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubda Türkiyə Superliqasının çempionluq mükafatlarının aylardır ödənilmədiyi üzə çıxıb. Futbolçulara may ayından bəri çempionluq mükafatları verilmədiyi üçün motivasiyaları azalıb.

İdarə heyətində yer alan Ali Yüce qara bazar bilet qalmaqalı ilə bağlı istefa verib.

Klub bilet satışı ilə bağlı iddiaları araşdırmaq üçün müstəqil audit firması ilə qanun pozuntusu araşdırması başlatmağa qərar verib.

Bütün bu hadisələr "Qalatasaray"ın gələcəyi üçün ciddi qeyri-müəyyənlik yaradır, maliyyə çətinlikləri isə narahatlıqları daha da artırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.