İdman

İdmançılarımız Dağıstanda döşəyə çıxdı

25 May 2010 15:55
Baxış: 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın Azərbaycan Güləş Federsiyasına istinadən verdiyi xəbərə görə, hazırlığın növbəti mərhələsi kimi, komanda üzvləri bu gün Dağıstanda keçirilən Suraqat Asiyatilovun şərəfinə həsr olunmuş turnirdə öz qüvvələrini sınayır. Məşqçilər Elman Əsgərov və Namiq Quliyevin başçılığı altında turnirə 10 idmançı yollanıb. Heyətdə Etibar Hacıyev, Məhərrəm Quliyev, Azər Paşayev (hamısı 55 kq), Mirmurad Mirsucayev, Ağaəli Ramazanov (hər ikisi 60 kq), Rakif Məmmədov, İbrahim Muxtarov (hər ikisi 66 kq), Kazım Abbasov, Zaur Ələkbərov (hər ikisi 74 kq) və Sübhan İsmayılov (84 kq) yer alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.