İdman

UEFA Ukrayna komandasını KL-dən uzaqlaşdırdı

23 İyul 2024 06:26
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Dnepr-1"i Konfrans Liqasından rəsmən kənarlaşdırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2-ci təsnifat mərhələsində Ukrayna klubu "Puşkaş Akademiyası" ilə qarşılaşmalı idi. Lakin "Dnepr-1"in dağılması ilə əlaqədar UEFA rəsmi açıqlama vermək qərarına gəlib.

"SK Dnepr-1" və "Puşkaş Akademiyası" arasında 25 iyul 2024-cü il tarixində keçirilməsi planlaşdırılan 2024/25 UEFA Konfrans Liqası matçı "SC Dnepr-1"-in təqsiri üzündən baş tutmadığı elan edilsin (buna görə də matçda uduzmuş hesab olunur, 0-3 hesabı ilə).

1 avqust 2024-cü ildə keçirilməsi planlaşdırılan "Puşkaş Akademiyası" ilə "SK Dnepr-1" arasında 2024/25 UEFA Konfrans Liqası matçı "SK Dnepr-1"-in günahı üzündən baş tutmadığı elan edilsin (buna görə də bu matçda uduzmuş hesab olunur, hesab 0-3)", - məlumatda bildirilib.

Beləliklə, UEFA Macarıstan komandasına iki texniki qələbə verib, Ukrayna isə avrokuboklarda yerini itirib.ə

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.