İdman

“Qalatasaray”ın futbolçusu İtaliya klubunda!

5 İyul 2024 19:19
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya "Atalanta"sına keçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.

"Atalanta" bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.

Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin "Aston Villa" komandasında çıxış edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.