İdman

Azərbaycanlı İngiltərə çempionu oldu

24 İyun 2024 19:57
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.