İdman

“Viymsi Qarabağ” klubu minifutbol turnirində ikinci olub

16 İyun 2024 23:20
Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın "Viymsi Qarabağ" futbol klubu (Tallinn) 38 komandanın iştirak etdiyi minifutbol üzrə beynəxalq turnirdə ikinci olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iyunun 15-də Latviyanın Baldone şəhərində baş tutmuş yarışmaya Polşa, Latviya, Litva, Finlandiya və Estoniyadan 38 komanda qatılıb.

"Viymsi Qarabağ" FK minifutbol komandası finala yüksəlib və Litvanın "Taurus" FK komandasına penaltilər seriyasında uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, "Qarabağ" hələ qrup mərhələsində "Taurus" ilə qarşılaşıb və onu 3:0 hesabı ilə məğlub edib. Lakin finalda bəxt litvalıların tərəfində olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.