İdman

Ceyhun Sultanov: “Santuş özü də bilir ki, bunu etmək mümkün deyil”

13 İyun 2024 17:31
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fernandu Santuş təcrübəli məşqçidir".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, portuqaliyalı təcrübəli mütəxəssis Fernandu Santuşun yığmaya baş məşqçi gətirilməsinə münasibət bildirib. Sultanov vurğulayıb ki, milliyə daha gənc mütəxəssisin təyin olunmasının tərəfdarı olub: "Santuş sıradan bir məşqçi deyil. Amma millimizə gənc mütəxəssis daha uyğun olardı. Çünki dinamikliyi ilə fərqlənirlər. İş çoxdur. Futbolun inkişafını daha dinamik, gənc birinə tapşırılmalıydı. Zamana ehtiyac var".

Sultanov Fernandunun qarşısına qoyulan AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış vəzifəsinin öhdəsindən gələcəyinə inanmadığını deyib: "Futbolda hər şey ola bilər. İndiki dönəmdə millimizdə qrupdan çıxacaq potensial yoxdur. Daha da güclənməlidir. AVRO-2028-ə 4 il var. Amma daha çox zaman lazım olacaq. Düzdür, indiki futbolçularla oynaya bilərsən, amma qrupdan çıxmaq real deyil. Çox danışmaq, indidən neqativə yüklənmək istəmirəm. Amma görünən odur ki, Santuş özü bilir ki, bunu etmək mümkün deyil. Milli komandamızı yaxşı tanıyır. Bizə 4:0, 5:0 hesabı ilə qalib gələndə potensialımıza yaxşı bələd olub. Bu, Portuqaliya deyil. Gələnlərin hər biri ilk olaraq "qrupdan çıxacağıq" sözünü verir, yaxşı oynayacaqlarını deyir. Zaman göstərir ki, alınmayanda futbolçunun keyfiyyətinin çatmadığı bəhanəsini gətirirlər. Ona görə də zamana ehtiyacımız var. Amma fikrimcə, bu alınmayacaq".

Qeyd edək ki, Santuşla 3+1 illik müqavilə imzalanıb.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.