İdman bürcü - Astroloji PROQNOZ: 13-19 may
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Həftənin əvvəli əldə edilmiş nəticələr üzərində düşünmək və gözlənilən işləri bitirmək vaxtıdır. Bir qədər sakitlikdən sonra iş həyatınız yenilənmiş güclə davam edir. Maddi sferada mühüm dəyişikliklərlə üzləşə bilərsiniz. Yeni qazanc imkanlarının açılacağı, qohumlar və yaxın ətrafla münasibətlərin yaxşılaşacağı gözlənilir. İşgüzar görüşlər keçirmək, müqavilələr imzalamaq, səyahətlər və romantik münasibətləri yeniləmək üçün əlverişli zamandır. Avarçəkmə, cüdo, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Buğa
Bu həftə buğalardan həddindən artıq diqqətli və dəqiq olmağı tələb edir. Maddi və ya sağlamlıqla bağlı problemlərinin həllində bir qədər ehtiyatlı olmalısınız. Bu istiqamətdə görəcəyiniz hər hansı hərəkət düşünülməmiş ola bilər. Öz gücünüzə həddən artıq güvənmək istəyiniz ola bilər. Mürəkkəb məsələləri həll edərkən yanlışlıqlara yol verməməyə çalışın. Sadəcə, hərəkətlərinizdə təmkinli olmaq tələb edilir. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.
Əkizlər
Bu həftə çox çətin günlər vəd edilir. Əkizlərdən dözüm və güc tələb ediləcək. Mübahisələrin qarşısını almağa çalışın. Başqalarından çox şey gözləməməli, inadkar olmamalı və ən əsası, etibarsız insanlara güvənməməlisiniz. Bu günlərdə sevgi hisiniz ciddi şəkildə sınaqdan keçirilə bilər. Maliyyə problemlərinizin də kəskinləşəcəyi ehtimal edilir. Pulunuzu mümkün qədər ehtiyatla xərcləyin. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Xərçəng
Bu həftə xərçəngləri təzadlar və perspektivlərlə dolu həftə gözləyir. Aktiv fəaliyyət üçün əlverişli vaxt. Geniş sosial əlaqələr sizin üçün yeni imkanlar açacaq. Çox temperamentli olmaqdan çəkinməlisiniz. Başqalarının dediyi heç bir şeyi öz dəyərində qəbul etməyin. Bu günlərdə həddindən artıq emosiyalar maddi imkanlarınıza zərər verə bilər. Başqalarının maraqlarına daha çox diqqət yetirərək, planlarınızı və münasibətlərinizi yenidən nəzərdən keçirin. Karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.
Şir
Məqsədlərinizə çatmaqda əzmkarlıq və dürüstlüyünüz böyük imkanlar açacaq. Bu həftə maddi uğurunuz ürəyinizcə olacaq. Cümə gününə qədər bütün vacib işləri başa çatdırmaq və ya yoluna qoymaq daha yaxşıdır. Lakin, eyni zamanda, səhlənkarlıq və tələskənliyə yol verməməlisiniz. Bu zaman sərvətlərinizi əldən vermiş olarsınız. Səmərəsiz xərclər mümkündür. Şahmatçı, samboçu, gimnast, karateçi və güləşçilərin xoş müjdələr alacağı qaçılmazdır.
Qız
Əgər təlaşdan və xırda şeylərdən yayınıb daha vacib bir işə üz tuta bilsəniz, çox uğurlu ola bilər. Bu həftə xüsusilə, həftəsonu ayıq-sayıq olmalısınız. Karyera baxımından özünüzü sübut etməli, bilik və bacarıqlarınızı nümayiş etdirmək fürsətini əldən verməməlisiniz. Ola bilər ki, bəzi hadisələr və ya hallar ilk baxışdan sizə kifayət qədər xoşagəlməz görünsün, amma əslində gələcəkdə bütün bunlar sizə yaxşı xidmət göstərə bilər. Həndbol, stolüstü tennis, basketbol və voleybol növlərində uğurlar gözlənilir.
Tərəzi
Tərəzilər üçün həftənin ilk yarısı nəzərəçarpacaq dərəcədə sakit və daha uğurlu görünür. Duyğularınıza hakim olmağınız məsləhətdir. Tələsik və ya riskli hərəkətlərdən, eləcə də vacib təşəbbüslərdən uzaq durmağa çalışın. Vəzifənizlə bağlı işlərdə də tələskənliyə yol vermək olmaz. İntuisiyanıza, ürəyinizə, eləcə də yaşlı və daha təcrübəli insanların məsləhətinə qulaq asın. Asan əldə edilə biləcək uğur vəd olunmur. Lakin əzmkarlıqla buna nail olmaq mümkündür. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Əqrəb
Bu həftə əqrəblərin səylərini gücləndirəcəyi vəd edilir. Yanlış istiqamət bəla gətirə bilər. Yeni tanışlıqlar etməməli və ya yeni bir işə başlamalısınız. Ən vacib işləri və planları həftənin sonuna qədər təxirə salmaq daha yaxşıdır. Lakin səyahət üçün əlverişli vaxtdır. Sizin həyati enerjiniz hazırda tam sürətdədir, ona görə də lazımsız təlaşa ehtiyac yoxdur. Sadəcə, onu düzgün istiqamətə yönəltmək vacibdir. Qaçış, atsürmə, üzgüçülük və güləş növlərində uğurlar gözləniləndir.
Oxatan
Oxatanların istəklərini reallaşdırması üçün münasib vaxtdır. Ətrafdakı hər şey onlara solğun həyat kimi görünə bilər. Lakin, əlverişli anları qaçırmamaq üçün daim dəyişən mühiti diqqətlə izləmək vacibdir. Əldə edilmiş həyat səviyyəsini qorumaq üçün mübarizə aparmalısınız. Sağlamlığınıza xüsusən nəzarət edin. Velosiped, qaçış, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər olacaq.
Oğlaq
Oğlaqları bu həftə maraqlı və məhsuldar həyat dövrü gözləyir. Siz güc və yaradıcılıq həvəsini hiss edəcəksiniz. İşgüzarlıq baxımdan həftənin ilk yarısı da uğurlu olacaq. Yeganə probleminiz emosialarınızın artması ilə müşahidə oluna bilər. Romantik macəralar və qarşılıqlı əlaqələr sizə çətinliklər və xoşagəlməz anlar gətirə bilər. Lakin, bunun üçün ruhdan düşmək əbəsdir. Cüdo, güləş, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Dolça
Məişət problemləri hələ də hökm sürür və bəzi dolçaların vəziyyəti daha da ağırlaşa bilər. Ailənizin yaşlı üzvləri sizdən daha çox diqqət tələb edəcəklər. Bu həftə maddi sıxıntınızın olacağı ehtimalı böyükdür. Ciddi işlərə başlamaqdan vaz keçməyiniz yaxşı olar. Hər hansı bir işiniz yaxşı getməsə, bu zaman mümkün qədər sakit olmağa çalışın. Basketbol, güləş, karate, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Balıqlar
Balıqlar üçün olduqca aktiv həftədir. Lakin, həyata keçirilməmiş enerji sizin rifahınıza, əhvalınıza və psixo-emosional vəziyyətinizə çox mənfi təsir göstərə bilər. Bir sıra qaydalar sərbəst olmaq istəyinizlə ziddiyyət təşkil edəcək. Bu, uğurunuzun əldə edilməsinə mane ola bilər. Çalışın, bir sıra limitlərə sadiq qalasınız. Əks halda, nəticələr xoşunuza gəlməyəcək və dəyərli fürsətləri əldən verməli olacaqsınız. "Asan seçim" vədlərinə aldanmayın. Həndbol, güləş, voleybol, basketbol və futzal idman növlərində uğurlar vəd olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı





