İdman

Yunan-Roma güləşçilərimiz Olimpiadaya 4 vəsiqə qazandılar

24 May 2010 10:58
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Güləş Federasiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, güləşçilərimiz Sinqapura 4 vəsiqə əldə edib, 3 qızıl və 1 gümüş medal qazanıblar.

42 kq çəki dərəcəsində Murad Bazarov əvvəlcə gürcü Ednar Skavadzeni (5:0, 7:0), daha sonra çex güləşçisi Petr Zaxariası (7:0, 7:0), yarımfinalda belaruslu Yahor Kasiakounu (7:0, 7:0) xal vermədən məğlub edərək finala yüksəlib və Sinqapura vəsiqəni təmin edib. Finalda Rusiya təmsilçisi Timur Kotkova da heç bir şans verməyən Murad, 6:0 və 4:0 hesablı qələbə ilə turnirin çempionu adını qazanıb.

50 kq çəkidə Elman Muxtarov mübarizəyə 1/16 final mərhələsindən qoşulub. O, bütün rəqiblərini məğlub edib. Avstriyalı Anton Markl (7:0, 5:0), macar Bence Yuhasz (6:0, 3:0), Almaniya təmsilçisi Deniz Menekse (7:0, 6:0), belaruslu Andrey Pikuza (2:0, 1:0) üzərində inamlı qələbələr nəticəsində güləşçimiz Sinqapura vəsiqəni təmin edərək, turnirin finalına yüksəlib. Finalda Norveç güləşçisi Pal Erik Gundersonu da böyük hesabla (9:0, 8:0) məğlub edən Elman Muxtarov qızıl medal qazanıb.

58 kq çəkidə təmsilçimiz Rövşən Tağıyev də mübarizəyə 1/16 final mərhələsindən qoşulub. Macar Adrian Kranitzi (3:1, 2:0), türk güləşçi Seyfulla Ekinçini (7:0, 2:0), çexiyalı Yakub Koristanı (3:0, 2:0), yarımfinalda isə, ukraynalı Oleksandr Litvinovu (5:0, 4:3) məğlub edən Rövşən finala yüksəlib. Sinqapura vəsiqəni təmin etsə də, güləşçimiz finalda rusiyalı Artur Süleymanovla keçən gərgin görüşdən də (1:0, 0:1, 1:0) qalib ayrılıb və qızıl medala sahib olub.

1/8 final mərhələsindən mübarizəyə başlayan Hacımurad Bağmanov (69 kq) belaruslu A.Nedaşkuski (1:0, 1:0), avstriyalı Filip Hausleni (6:0, 3:1), yarımfinalda bolqar Borislav Todorovu (4:0, 4:0) məğlub edərək finala yüksəlib və Sinqapura vəsiqəni təmin edib. Finalda türk güləşçisi Musa Gedrikə (1:0, 3:3) məğlub olan Hacımurad Bağmanov turnirin gümüş medalına layiq görülüb.

85 kq çəkidə Hacımurad Çöpsiyev ilk görüşündəcə almaniyalı David Stumpeyə (1:0, 2:0) məğlub olub və mübarizəni erkən dayandırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.