İdman

Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb

2 May 2024 23:17
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.