"Bavariya"nın və Fransa millisinin hücumçusu Kinqsli Koman Avropa çempionatını buraxacaq.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Bundesliqanın 29-cu turunun "Köln"lə oyununda (2:0) dizindən zədə alıb.
Kinqsli Komanın iyunun 14-dək bərpa olunmayacağı bildirilir.
Bu mövsüm Koman "Bavariya"nın heyətində 27 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun