İdman

“Sumqayıt” bombardirini itirdi

14 Aprel 2024 11:21
Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Sumqayıt" - "Zirə" matçında hər komanda bir futbolçusunu itirib.

Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner "Turan Tovuz"a qarşı oynamayacaq.

"Zirə" isə "Neftçi" ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.

Qeyd edək ki, "Sumqayıt"la "Zirə"nin dueli qolsuz heç-heçə ilə başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.