İdman

“Fənərbağça” “Qalatasaray”la oyunda meydanı tərk etdi

7 Aprel 2024 23:45
Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" Türkiyə Superkubokunda "Qalatasaray"la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.

Buna qədər "Qalatasaray" Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.

"Fənərbağça"nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.

"Fənərbağça"ya texniki məğlubiyyətin verilməsi və "Qalatasaray"ın Superkubokun qalibi elan olunması gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory